İrəvan Türkiyə ilə münasibətlərinin normallaşmasında rəsmi Moskvadan vasitəçilik etməsini xahiş edib. Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, Ermənistanın bir neçə tərəfdaşı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində vasitəçi qismində çıxış etməyə hazır olduqlarını bəyan ediblər. Ermənistan tərəfi isə bu məsələdə Kremlə müraciət edib.
Doğrudan da münasibət normallaşa bilər?
Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:
"Ermənistan və Türkiyə münasibətlərinin yaxşılaşması üçün çox böyük şans var. Bu şans ondan ibarətdir ki, 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb. Bu reallığa uyğun olaraq Ermənistan rasional addımlar atmalıdır. Ümumiyyətlə, bu gün Ermənistanın Türkiyə ilə bağlı yeni münasibətlərlə bağlı “heç bir şərt olmadan” qeyd etməsi. Bu olduqca gülüncdür. Cırtdan və onun bunun vassalı olan dövlət kimdi ki, hansısa ölkəyə şərt olmadan və yaxud öz şərti daxilində danışıqılar təklif etsin. İrəvan bu gün və gələcəkdə də belə olacaq. Hər zaman proseslərin oyunçusu yox, onun-bunun maşası rolunda olacaq. Amma, təbii ki, Bakı, İrəvan və Ankara arasında yeni münasibətlərin yaranmasına imkan var. Bu münasibətlərin yaranması o zaman mümkün ola bilər ki, Ermənistan tərəfi öz aqressivliyindən və revanşizmindən əl çəksin və Azərbaycanla imzaladığı üçtərəfli bəyanatın tələblərini yerinə yetirsin. Ermənistan bu gün də Türkiyə ilə sərhədlərin açılmasını istəyir, çünki bu birbaşa Ermənistan iqtisadiyyatının dirçəlməsinə səbəb olacaq. Amma Ermənistan unutmasın ki, əgər Qarabağla bağlı tamahına sahib çıxa bilməzsə o zaman yeni sillə ala bilər. Ona görə, indidən normal davranış nümayiş etdirərək tələbləri yerinə yetirsin və özünü normal qonşu kimi aparsın".
Aytac Aslan
















