• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

COP29-un əsas tədbirinin keçiriləcəyi dəqiq tarix açıqlanıb

COP29

15 Aprel 2024 | 11:39

COP29-un əsas tədbirinin keçiriləcəyi dəqiq tarix açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir:

"Biz Azərbaycanın körpü rolu oynadığını görürürk. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".

M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.

O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb:

"Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR