BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331861 sərnişinə xidmət göstərilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, agentliyinin təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb.
Nəzərə çatdırılıb ki, sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
"COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib",-deyə məlumatda qeyd olunub.