• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çovdarovun əmlakları ilə bağlı işə bu tarixdə baxılacaq

GÜNDƏM

15 Aprel 2024 | 09:02

Çovdarovun əmlakları ilə bağlı işə bu tarixdə baxılacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

 Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin kassasiya şikayəti verib. Eks MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026