Alimlər COVID-19-un həzm sisteminə necə təsir etdiyini aşkar ediblər.
Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, bunu Çinin Cənub Tibb Universitetinin alimləri müəyyən ediblər.
Məlumata görə,COVID-19-un hətta yüngül forması infeksiyadan sonra bir il ərzində qastroezofagial reflü xəstəliyi, mədə xorası, mədə-bağırsaq disfunksiyası, mədəaltı vəzi, qaraciyər və öd kisəsi xəstəliklərinin inkişaf riskini artıra bilər.
Tədqiqatda 37-73 yaş arası insanlardan insan bioloji nümunələrinin deposu olan UK Biobank-dan götürülmüş məlumatlardan istifadə edilib. 112 311 subyekt əvvəllər COVID-19-a yoluxmuşdu, 359 671 nəfərdə yox idi (bu iştirakçılar nəzarət qrupu idi) və 370 979 iştirakçı tədqiqat zamanı xəstələnib.
İştirakçıların sağlamlıq vəziyyətini qiymətləndirdikdən sonra tədqiqatçılar müəyyən ediblər ki, COVID-19 qastroezofagial reflüks xəstəliyi (GERD) riskinin 41%, mədə xorası xəstəliyi riskinin 23%, mədə-bağırsaq disfunksiyası riskini 38% artırıb.
Bundan əlavə, həzm sistemi xəstəlikləri ilə əlaqə, subyektlərdə COVID-19-un yüngül formada olduğu hallarda belə davam edib.
Qeyd edək ki,hazırda alimlər SARS-CoV-2-nin həzm sistemi xəstəliklərinin riskini necə artıra biləcəyini izah edə bilmirlər.
Mina Mikayılova
















