• Bakı 26° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Dağıstanda terror törətmək istəyən 12 nəfər saxlanıldı

DÜNYA

08 Dekabr 2024 | 00:32

Dağıstanda terror törətmək istəyən 12 nəfər saxlanıldı

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.

Əməliyyatın təfərrüatı açıqlanmayıb.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025