• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Dağlarda buzlaqlar əriyir

CƏMİYYƏT

01 Dekabr 2022 | 16:03

Dağlarda buzlaqlar əriyir

Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların sahəsi ildən-ilə azalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün "Azərkosmos"un aparıcı mütəxəssisi İsmət Baxışov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın dağlıq rayonlarında qarlı ərazilərdə azalma var.

"2017-ci ildə qarla örtülmüş ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə azalma qeydə alınıb. 2020-2021-ci illərdə bu rəqəm artıb, 2022-ci ildən isə yenidən qarlı ərazilərdə azalma müşahidə olunub", - deyə Baxışov bildirib. /Trend
 


SON XƏBƏRLƏR