• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

 Daha 6 nəqliyyat vasitəsi özəlləşdirildi

CƏMİYYƏT

18 Yanvar 2024 | 14:13

Daha 6 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərracda satılan avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Altima” markalı avtomobilin ilkin qiyməti 4 700 manat olsa da, ən son təklif 6 400 manata yüksəlib. Start qiyməti 1 000 manat olan “QAZ 3102” markalı avtomobil isə sonda 3 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37o23E linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 23 və 30 yanvar tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026