• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir Avropa ölkəsində Quran yandırıldı

DÜNYA

11 Iyul 2023 | 10:48

Daha bir Avropa ölkəsində Quran yandırıldı

Almaniyanın cənub-qərbindəki Maulbronn şəhərində naməlum şəxslər Quranı yandıraraq məscidin qarşısına atıblar.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyadakı Türk-İslam Dini Qurumlar Birliyinin yaydığı məlumatda qeyd olunur ki, hadisə iyulun 8-nə keçən gecə Memar Sinan məscidində baş verib.

"Hücum edənlər müsəlmanların müqəddəs kitabını yandırıblar və yanan Quranı hərəkətdə olan maşının pəncərəsindən çölə atıblar. Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. İnsidentlə bağlı polisə şikayət edilib”, – məlumatda deyilir.

Xatırladaq ki, anooji hadisə təxminən iki həftə əvvəl İsveçin paytaxtı Stokholmun mərkəzində baş verib. Belə ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026