• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Daha bir gəmiyə şəhidimizin adı veriləcək

CƏMİYYƏT

27 Aprel 2022 | 12:08 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir gəmiyə şəhidimizin adı veriləcək

"Palmali"nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə “Palmali Holding”in rəsmisi Fidan Quliyeva bildirib.

Onun sözlərinə görə, azərbaycanlı iş adamı, “Palmali Holding”in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək oğlu Cəbrayıl Dövlətzadənin adının növbəti gəmiyə veriləcəyi xəbərini ona çatdırıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qoşunlarda xidmət edən Cəbrayıl Murovdağ yüksəkliyi istiqamətində strateji əhəmiyyətə malik düşmən postunun alınması tapşırığını yerinə yetirirdi. 28 sentyabrda əks-hücum əməliyyatında 11 zabitlə birlikdə çiyin-çiyinə döyüşən əsgər böyük qəhrəmanlıq nümayiş etdirir. Döyüş yoldaşlarının dediyinə görə, Cəbrayıl zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyənlər var. Subayam, mən gedəcəm” deyərək irəli atılıb. O, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026