• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir güləşçimiz Avropa üçüncüsü oldu

İDMAN

18 Iyun 2021 | 20:29

Daha bir güləşçimiz Avropa üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Zenfira Haşımova Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 46 kq-da mübarizə aparan idmançı gürcüstanlı Marina Satkoevi ilə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Haşımova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026