• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alındı

DÜNYA

13 Iyun 2022 | 13:51

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alındı

Venesuelalı həkimlər ölkədə meymunçiçəyinə ilk yoluxma halını müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Venesuelanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Virusa yoluxan şəxs Venesuelaya səfərə gələn ispaniyalı turistdir.

Məlum olub ki, ölkəyə İspaniyanın paytaxtı Madriddən gələn xəstə Barselonada iki yoluxmuş şəxslə təmasda olub.

O, dərhal təcrid olunub, müvafiq analizlər aparılıb və nəticə müsbət olub.

Xəstənin vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Polşada da bu virusa ilk yoluxma faktı aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026