• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST üçüncü cinsi rəsmi şəkildə tanımağa hazırlaşır

DÜNYA

13 Iyul 2022 | 12:33

ÜST üçüncü cinsi rəsmi şəkildə tanımağa hazırlaşır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “genderin kişi və ya qadınlarla məhdudlaşmadığını” bəyan etmək üçün gender əsaslandırma təlimatını yeniləməyə hazırlaşır.

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, ÜST “gender, sağlamlıq və inkişaf sahəsində konseptual tərəqqi” ilə əlaqədar səhiyyə rəhbərləri üçün təlimatı yeniləməyi qərara alıb.

Yeni təlimat “genderlə bağlı əsas anlayışları” yeniləyəcək, həmçinin ÜST “gender və cinsi müxtəlifliyi tanımaq üçün gender və sağlamlıqla bağlı ikili yanaşmalardan kənara çıxmağı və ya gender kimliyinin kontinuumda mövcud olması və genderin kişi və ya qadınla məhdudlaşmaması anlayışını” təlimata daxil etməyi planlaşdırır.

Ötən ilin iyulunda məlum olub ki, Argentina hökuməti özünü nə qadın, nə də kişi hesab edən vətəndaşlara pasportun “gender” hissəsində “X” nişanının qoyulmasına icazə verib.

Bu təşəbbüsün məqsədinin özünü qadın və ya kişi kimi qəbul etməyən insanlara gender kimliyi hüququnu təmin etmək olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026