• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Güclü yağışlar həyatı iflic etdi: 18 ölü

DÜNYA

13 Iyul 2022 | 12:18

Güclü yağışlar həyatı iflic etdi: 18 ölü

Hindistanın cənub-qərbində güclü leysan nəticəsində ölkənin müxtəlif ştatlarında azı 18 nəfər ölüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, güclü yağış Telanqana, Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Şiddətli yağışlar səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi Assamın şərqində vəziyyət çətin olaraq qalır.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Çərşənbə axşamı musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib. Meteoroloqlar növbəti gün də çox yağış yağacağını proqnozlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026