• Bakı 17° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Daha bir ulduz futbolçu Ərəbistana köçə bilər

İDMAN

13 Iyul 2023 | 17:59

Daha bir ulduz futbolçu Ərəbistana köçə bilər

“Liverpul”un futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, ingiltərəli yarımmüdafiəçi “Əl-İttifaq”ın təklifini qəbul edib. 33 yaşlı oyunçu ərəblərlə müqaviləni razılaşdırıb.

Henderson “Liverpul”un baş məşqçisi Yurgen Kloppla da danışıb. Almaniyalı mütəxəssis onun gedişinə “yaşıl işıq” yandırıb.

İndi klublar anlaşmalıdırlar. “Liverpul” hələ ikiillik müqaviləsi olan kapitanını pulsuz buraxmaq fikrində deyil.

2011-ci ildən Mersisayd klubunun formasını geyinən C.Henderson ötən mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 43 oyun keçirib və üç məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR