• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Sumqayıt"-"Sabah" oyunu təxirə salındı

İDMAN

12 Avqust 2023 | 15:44 | Müəllif: Subhan Mahmudov

"Sumqayıt"-"Sabah" oyunu təxirə salındı

"Sabah"ın Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"a qarşı keçirməli olduğu oyun təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, PFL və "gənclik şəhəri" təmsilçisinə müraciət edən Bakı klubu Serbiyanın "Partizan"ı ilə UEFA Konfrans Liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə çempionat matçının başqa vaxtda keçirilməsini istəyib.

"Sabah"ın rəsmi müraciətini, "Sumqayıt"ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq avqustun 13-nə nəzərdə tutulmuş qarşılaşmanı təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.

Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026