• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir "yarasa virusu" yayıldı

DÜNYA

06 Sentyabr 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

Daha bir "yarasa virusu" yayıldı

Hindistan həkimlərinin Nipah virusu ilə əlaqədar ilk ölümün qeydə alındığı xəbəri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Kerala ştatında 12 yaşlı oğlan vəziyyəti ağırlaşdıqdan sonra vəfat edib. 

Yerli hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.

12 yaşlı oğlanın ölümü ilə əlaqədar olaraq yerli hakimiyyət orqanları Kerala əyaləti ilə sərhəddəki 9 rayonda vəziyyəti izləməyə başlayıblar. Hökumət bölgəyə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mütəxəssislər göndərib.

Xatırladaq ki, Nipah virusu yerli yarasalarda bu ilin iyun ayının sonunda aşkarlanıb.

Qeyd edək ki, yarasa virusu NiV (Nipah), yoluxduqda tənəffüs yollarının xəstəliklərinə və bəzi hallarda beynin iltihabına səbəb olur.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026