• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib" - Qurban Yetirmişli

CƏMİYYƏT

05 Iyul 2021 | 12:33

"Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib" - Qurban Yetirmişli

Daşlı adada vulkan püskürməsinin davamlılığı 8 dəqiqə olub, alov 20-25 saniyə müşahidə edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vulkan axşam saat 21:51-də püskürüb:

"Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Seysmik stansiyalarla palçıq vulkanının partlayışı, ayrılan qazın miqdarı və s. parametrlər qeydə alınıb. Adanın özü bu palçıq vulkanının püskürməsindən əmələ gəlib. Axırıncı dəfə 1945-ci ildə burada vulkan püskürüb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026