Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, QSC-nin maliyyə fəaliyyəti araşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq "Azərbaycan Dəmir Yolları" QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb:
"Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək", - deyə məlumatda qeyd olunub.
















