• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

"Demokratiya yaxşı vəziyyətdə deyil" - Papa Fransisk

DÜNYA

08 Iyul 2024 | 17:21

Demokratiya yaxşı vəziyyətdə deyil - Papa Fransisk

Roma Papası Fransisk İtaliyanın Triest şəhərində minlərlə insana müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Katoliklərin ruhani lideri Papa Fransisk İtaliyanın şimalındakı Triest şəhərinə səfər edərək İtalyan Katoliklərinin 50-ci Sosial Həftəsini qeyd edib.

Səfər çərçivəsində bazar günü Generali Konqres Mərkəzinə gedən Katolik Kilsəsinin lideri qlobal demokratiyanın vəziyyəti və funksionallığı ilə bağlı çıxış edib. Papa Fransisk toplaşan 8500 insanın qarşısında çıxış edərək, bugünkü dünyada demokratiyanın vəziyyəti yaxşı olmadığını iddia edib:

"Səsimə səs verən insanların sayının az olmasından narahatam" deyən Papa, bütün insanların özünü ifadə etməsinə və demokratik prosesdə iştirak etməsinə imkan verən şəraitin yaradılmasının vacibliyini vurğulayıb : 

"Apatiya demokratiya üçün xərçəngdir. Dünyamızda demokratiya yaxşı durumda deyil. Biz bu gün həm də Ukraynada, Fələstində, Sudanda, Myanmada və müharibənin olduğu hər yerdə sülh üçün dua etməli və çalışmalıyıq” –, Papa əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Oktyabr 2024