Rus işğalçıları Kiyev yaxınlığındakı kənd və şəhərlərə çoxlu sayda qoşun yeridiblər və yaxın bir neçə gün ərzində Vladimir Putin yəqin ki, Ukraynanın paytaxtını işğal etməyə cəhd edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində əsas döyüşün bu günlərdə baş verəcəyi gözlənilir.
















