• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çindəki təyyarə qəzası ilə bağlı yeni İDDİA

DÜNYA

05 Aprel 2022 | 22:44

Çindəki təyyarə qəzası ilə bağlı yeni İDDİA

Martın 21-də qəzaya uğrayan Çin Şərqi Hava Yollarına məxsus təyyarə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

İddia edilib ki, Kunminqdən Quançjouya 132 sərnişin daşıyan təyyarənin pilotu intihar etmək məqsədilə qəzaya səbəb olub.

Hadisə nəticəsində “Boeing 737” meşəlik əraziyə düşüb. Sərnişin təyyarəsində 123 sərnişin və 9 ekipaj üzvü olub.

Rəsmi açıqlamaya görə, təyyarədə olan hər kəs həlak olub.

Ümid edilir ki, qara qutunun oxunması təyyarənin niyə gözlənilmədən burnu üstə şaquli dalğıcla hündürlüyünü itirdiyinə aydınlıq gətirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026