Danimarkada koronavirusun omikron ştammının yeni alt variantlarında yoluxma halları qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarkanın Dövlət Serum İnstitutu bildirib.
Qeyd olunur ki, söhbət koronavirusun BA.4, BA.5 və BA.2.12.1 alt variantlarından gedir. İlk iki variantın CAR və ABŞ-da geniş yayıldığı deyilir.
Ötən həftə Danimarkada qeydə alınan yoluxmaların təxminən 99 faizinin BA.2 variantına yoluxma olduğu bildirilib.
















