• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistanda aksiyada 1 nəfər ölüb - 180 nəfər saxlanılıb

DÜNYA

05 May 2022 | 19:54 | Müəllif: Subhan Mahmudov

Ermənistanda aksiyada 1 nəfər ölüb - 180 nəfər saxlanılıb

Polis Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda 180 nəfəri saxlayıb.

Bakıvaxtı.az  "Report"a istinadən bildirir ki, bu barədə "Müqavimət" Hərəkatının liderlərindən biri İşxan Sağatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 40-ı İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Bundan başqa, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya iştirakçılarından biri vəfat edib. O, paytaxtdakı Fransa meydanında qurulan çadırda gecələyirmiş.

İrəvan Dövlət Tibb Universitetinin Aparat rəhbəri Şuşan Danielyan piket iştirakçısının ürəktutmasından öldüyünü açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026