“Ailəmlə daimi əlaqə saxlayıram, amma bu barədə daha ətraflı məlumat vermək istəmirəm”.
Bakıvaxtı.az xəbər verir k, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin "Habertürk" televiziyasına müsahibəsndə deyib.
44 yaşlı prezident düzgün qərarlar verə bilmək üçün özünü qorumağa çalışdığını deyib.
“Cəmi beş saat yatıram. Gün ərzində müxtəlif insanlarla görüşürəm. Müxtəlif qərarlar verməyimiz lazım olur”, - deyə Ukrayna Prezidenti müharibə şəraitində ailəsinə ayırdığı vaxtdan və gün ərzində neçə saat yatmasından danışarkən deyib
















