• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputat dərmanların keyfiyyətsizliyindən GİLEYLƏNDİ

CƏMİYYƏT

06 Iyul 2023 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Deputat dərmanların keyfiyyətsizliyindən GİLEYLƏNDİ

“Azərbaycanda dərman qıtlığı və keyfiyyətilə bağlı problemlər var. Dərmanların qeydiyyatı bəzən 6 ay gecikir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən  bildirib.

Deputat qeyd edib ki, insanlar dərman qəbul edirlər, amma bu, onların dərdinə dərman olmur: "Bunun səbəbi nədir? Dərmanlar bahalaşır. Dərmanı ala bilməyən şəxslər var. Dərman vasitələri əlavə dəyər vergisindən, gömrük rüsumundan azad edilməlidir. Dərmanların stabilləşməsi üçün hökumət hansı tədbirlər görür? Bu barədə deputatlara məlumat verilməlidir”, -deyə V.Əhmədov bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dərmanların keyfiyyətinin artması və qiymətinin aşağ düşməsi üçün ölkəmizdə dərman istehsal olmalıdır, idxaldan asılılıq azalmalıdır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR