• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Deputat direktor işdən çıxarıldı

CƏMİYYƏT

18 Sentyabr 2023 | 10:36

Deputat direktor işdən çıxarıldı

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin deputat direktoru vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Qeyd edək ki, yeni tədris ilindən öncə Muxtar Respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən, 10-dan çox direktor işdən azad olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026