"Təəssüflər olsun ki, İcbari Tibbi Sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
Deputat deyib ki, İcbari Tibbi Sığorta paketi çərçivəsində 2500-dən çox xidmət təklif olunur və bununla bağlı məmnunluq yaranmağa başlayıb. Onun sözlərinə görə, bütün bu uğurlara baxmayaraq, İcbari Tibbi Sığorta ilə bağlı bir sıra narahatlıqlar da mövcuddur.
"Yüksək texnologiya tələb edən əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, İcbari Tibbi Sığorta zərfinin daha da genişləndirilməsinə ehtiyac var”, - deyə Əhliman Əmiraslanov vurğulayıb.
Nuranə Daxilqızı
















