"“Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Onnu sözlərinə görə, iqtidar təmsilçilərinin əldən vermək istəmədiyi, buna görə özəlləşdirmək istəmədikləri, rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri ilk növbədə yoxlanılmalı, audit olunmalıdır”.
Deputat deyib ki, sözügedən məsələnin qanunvericiliyə daxil edilməsi vacibdir: “Çünki sadə insanlar da bilir ki, bu sahədə əsas problemlər saxta tenderlər və xərclərin şişirdilməsidir. Bugünlərdə ABŞ səfiri də elan edib ki, Qarabağda şəffaf tenderlər keçirilərsə, bərpa işlərinə ölkəsi də qatıla bilər”.
Nuranə Daxilqızı
















