• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Deputat iş saatlarının vaxtının dəyişdirilməsini təklif edir

CƏMİYYƏT

30 Dekabr 2021 | 11:24 | Müəllif: Qalib İbrahimoğlu

Deputat iş saatlarının vaxtının dəyişdirilməsini təklif edir

"İş vaxtları müxtəlif saatlarda - 07:00, 08:00, 09:00 və 10:00-da başlasa, şəhərdə tıxac problemi nisbətən həll edilmiş olar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, yüzlərlə vətəndaşın problemləri dövlət qurumları ilə əməkdaşlıq sayəsində həll edilib: "Dövlət qurumları məsələlərə baxmasaydı, problemlər həll edilməzdi. Düzdür, çatışmazlıqlar da oldu. Ümid edirəm ki, 2022-ci ildə də bəzi məmurlar da məsuliyyət hissi daşıyacaq və hamılıqla xalqın problemləri ilə məşğul olacağıq".

Həmkarı Fazil Mustafanın tıxac problemi ilə bağlı dediklərinə qoşulan Razi Nurullayev bildirb ki, nəqliyyat sahəsində hələ də tam inkişaf yoxdur: "İnsanlar saatlarla tıxacda qalır. Hesab edirəm ki, bəzi dövlət qurumlarının iş saatları fərqli vaxtlarda başlamalıdır"

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026