• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb - VİDEO

CƏMİYYƏT

29 Yanvar 2022 | 00:22 | Müəllif: Subhan Mahmudov

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb - VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Baş Daşağıl kənd sakini Əfqan Rəsulovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən kənd ərazisində gəzərkən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ə.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026