• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yağan yağış birbaşa sinif otaqlarına tökülür - Dəymədağlı kənd məktəbinun bu günü

CƏMİYYƏT

27 Fevral 2022 | 20:08 | Müəllif: Qalib İbrahimoğlu

Yağan yağış birbaşa sinif otaqlarına tökülür - Dəymədağlı kənd məktəbinun bu günü

Bərdənin Dəymədağlı kəndinin tam orta məktəbinin yerləşdiyi bina uzun illərdir təmir edilmədiyindən uçub-dağılmaq üzrədir.

Bakıvaxtı.az xəzərxəbər-ə istinadla bildirir ki, birmərtəbəli binanın taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb.

"Divarlar çatlayıb, tavan tökülür, döşəmənin vəziyyəti isə adını çəkdiklərimizdən heç də geri qalmır. Sinif otaqlarının qapıları isə çürüyərək deşik deşik olub" deyə bildirilən reportajda qeyd olunur ki, məktəbin damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Pəncərələrin, qapıların qırılmış yerlərinə taxta parçaları ilə yamaq vurulub.

Müəllimlərin sözlərinə görə, bina  mövsümə uyğun müxtəlif həşəratlar üçün də məskənə çevrilir. Döşəmədəki iri deşiklərdən vəziyyəyin nə qədər acınacaqlı olduğu görünür. Məktəb binası tam yararsız hala düşdüyündən qışda qızdırılması da çətindir. Bununla belə, sinifləri odun yandırmaqla isitməyə çalışırlar.

Məsələylə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib. Yeni məktəb binasının tikintisi üçün lahiyə işləri aparılıb. Yeni binanın tikintisi nəzərdə tutulub, ancaq nə vaxt tikiləcəyi məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026