• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Lökbatana əlavə marşrut açılır?

CƏMİYYƏT

29 Mart 2022 | 17:16 | Müəllif: Subhan Mahmudov

Lökbatana əlavə marşrut açılır?

Qaradağın Lökbatan qəsəbəsininin sakinləri yaşadıqları yerə yeni avtobus xəttinin açılmasını istəyirlər. Qəsəbə sakinləri bildirir ki, şəhərə gediş-gəlişdə hər gün problem yaşanır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) məsələ ilə bağlı Trend-ə bildiriblər ki, qəsəbə üzrə hər hansı əlavə müntəzəm xəttin təşkili gündəmdə deyil.

"Lökbatan qəsəbəsini şəhər mərkəzi ilə əlaqələndirən 125 nömrəli müntəzəm xətt mövcuddur. Xəttin müvəqqəti istismarı "BakuBus" MMC təfindən icra edilir. Hazırda qəsəbə üzrə hər hansı əlavə müntəzəm xəttin təşkili gündəmdə deyil", - deyə agentlikdən qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026