• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputat təcili tibbi yardım problemini qaldırdı

CƏMİYYƏT

04 Noyabr 2023 | 16:08

Deputat təcili tibbi yardım problemini qaldırdı

Bakıda 7-10 il bundan öncə 185 təcili tibbi yardım - ambulans heyəti işləyirdi. Son illərdə Bakının əhalisi də artıb və bu gün qeydiyyatdan keçən 2 milyon 700 min nəfərdən söhbət gedir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, bu gün 140 təcili tibbi yardım maşını var: “Ambulanslar ən yaxşı halda 40-45 dəqiqəyə gəlib çatır. Bu, sosial məsələdir, bu məsələni qaldıraq. Hökumətdən xahiş edək ki, buna həll yolu tapılsın. İnsanlar işləyir, amma texniki güc yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026