"Paytaxtda göydələnlərin sayının artması, binaların sıx tikilməsi təhlükəsizlik baxımından ziyandır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“Mən balaca bir problem olanda yarana biləcək vəziyyəti təsəvvür edə bilmirəm" deyən deputat qeyd edib ki, binaların çoxalması tıxac və bir çox problemlərə də yol açır.
A.Badamov şəhərdəki sıxlığı başqa bir şəhərə köçürməyi təklif edir: "Onun adını da 2023-cü ilin “Heydər Əliyev ili” olduğunu nəzərə alaraq, “Heydərabad” qoyaq. Belə olan halda paytaxtda tıxac və sıxlıq azalmış olacaq”.
Nuranə Daxilqızı
















