"Naxçıvanda yeni idarəetmə sistemi yaradılır. Bunun da nəticələri yaxın zamanlarda ortaya çıxacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O, Naxçıvanda müsbət dəyişikliklərin baş verməsinə ümid etdiyini bildirib.
“Birinci növbədə konstitusiyon islahatlar olmalıdır. İdarəetmə sistemində dəyişikliklər olmalıdır ki, idarəetmə yüksək səviyyədə həyata keçirilsin və səlahiyyətlər dəqiqləşdirilsin. İdarəetməsi sahəsində köklü dəyişikliklərin aparılmasına ehtiyac var.
Bütün hallarda Naxçıvanda yeni fromada və fərqli konsepsiyada idarəetmə nəzərdə tutulur. Burada əsas məsələ əhalinin sıxıntı içərsindən çıxarmaq, psixoloji gərginliyin azaldılması və iqtsiadi münasibətlərin tənzimlənməsindən başlamalıdır. Ümid edək ki, bu addımların müsbət effekti olacaqdır və qısa müddətdə sakinlər bu tədbirlərdən razılığını ifadə edəcəklər”, -deyə deputat F.Mustafa bildirib.
Ramid İbrahimov
















