• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Koronavirus: Ölüm halları YENİDƏN ARTIR

CƏMİYYƏT

25 Yanvar 2023 | 13:20 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirus: Ölüm halları YENİDƏN ARTIR

​​​​​​​"Son səkkiz həftə ərzində koronavirusdan 170 mindən çox insan həyatdan köçüb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ötən il dekabrın əvvəlindən bəri COVID-19-a yoluxmaların rəsmi təsdiqlənmiş sayı artır.

Baş direktor ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan olunduqdan təqribən üç il sonra təşkilatın ekspertlərinin bu həftə yenidən toplaşacağını diqqətə çatdırıb: "Hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmaması müzakirə ediləcək".

“Mən Fövqəladə Hallar Komitəsinin tövsiyələrini qabaqlamayacağam. Mən ölüm hallarının sayının artmasından əvvəlki kimi çox narahatam" deyən ÜST-ün baş direktoru qeyd edib ki, üç il əvvəlki, pandemiyanın başlandığı vaxtla müqayisədə bizim yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, səhiyyə sistemi yenidən gərginlik keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026