"Hesab edirəm ki, xırda bələdiyyələrin də maliyyə şəraiti yaxşılaşdırılmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Kamran Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Bu gün gənclər arasında sorğu keçirsək görərik ki, işləmək istəsələr xəstəxana, məktəb, özəl sektor və s. deyəcəklər. Lakin onların heç biri bələdiyyədə işləməyi arzu etmədiklərini dilə gətirəcəklər" deyən deputat bildirib ki, bələdiyyələrin cəmiyyətdəki nüfuzu budur.
Onun sözlərinə görə, ölkə üzrə xırda bələdiyyələrin sayı 87% təşkil edir: "Biz müəyyən artımlardan danışanda qeyd edə bilərik ki, iri bələdiyyələrdə 35 milyon gəlir əldə olunub. İri şəhər bələdiyyələri qazanır, amma xırda bələdiyyələr kənarda qalır. Hesab edirəm ki, xırda bələdiyyələrin də maliyyə şəraiti yaxşılaşdırılmalıdır”.
Nuranə Daxilqızı
















