• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputatlar da Konstitusiya Məhkəməsində iddia qaldırıb

DÜNYA

29 Iyul 2024 | 12:55

Deputatlar da Konstitusiya Məhkəməsində iddia qaldırıb

Gürcüstanda deputatlar "Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıblar.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, deputatlar Gürcüstanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olması üçün bütün tədbirlərin görülməsi zərurətindən bəhs edən qanunu Gürcüstan Konstitusiyasına zidd hesab etdiklərini və qanuna bütövlükdə etiraz etdiklərini qeyd ediblər.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili və qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026