• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputatlarımız Bolqarıstana gedir

SİYASƏT

01 Aprel 2021 | 12:26

Deputatlarımız Bolqarıstana gedir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

Bakıvaxtı.az-ın məlumatına görə, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR