• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DİM-in yeni binası bu tarixdə istifadəyə veriləcək

CƏMİYYƏT

28 Mart 2023 | 11:14

DİM-in yeni binası bu tarixdə istifadəyə veriləcək

Yeni binanın növbəti tədris ilinin əvvəllərində (sentyabr-oktyabr ayları) istifadəyə verilməsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

"Orada kütləvi olmayan, daha az sayda iştirakçı qatılan imtahanların keçirilməsi nəzərdə tutulur. Konkret imtahan növləri barədə gələcəkdə məlumat veriləcək", - deyə qeyd edilib.

Xatırladaq ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mərkəz üçün 800 nəfərlik iş yeri olan bina inşa olunduğunu bildirib.

"Həmin binada bütün sınaq imtahanları, 1000-1500 nəfərin iştirak etdiyi imtahanlar kompüterlə keçiriləcək. Bölgələrdə də belə şərait yaradıldıqdan sonra imtahanları kağız formatından kompüterə keçirmək mümkün olacaq", - deyə M.Abbaszadə əlavə edib. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR