"Düşünürəm ki, bu il də nəticələr ötənilki kimi olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun ötən illərlə müqayisəli statistikası və buraxılış imtahanlarının gedişatı ilə əlaqədar konfransda deyib.
DİM sədri valideynlərə iradını da bildirib. Dediyinəgörə, valideynlər 9-cu sinifdə uşaqları ilə bağlı mütəxəssislə görüşəndə bilməlidirlər ki, onun uşağı neçə bal yığa bilər.
M.Abbaszadə qeyd edib ki, 9-cü sinifə qədər uşağın müəyyən təməli olur:
"Bu, zəlzələ kimidir. Bina tikənləri günahlandırırlar. Bəli, günah bina tikəndədir. Bilməlidirlər ki, bu binanı 4 mərtəbə tikmək olar, yoxsa 44 mərtəbə. Təmələ baxmaq lazımdır. Valideyn də öz uşağının təməlini bilməlidir. Kaş ki, "mən sənin uşağını 600 bala çatdıracam" deyə vəd verən müəllimlər olmasa və valideynlər inanmasa. Onda belə hallar azalar”.
Aytac Aslan
















