• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

DİN-dən jurnalistlərə MÜRACİƏT

CƏMİYYƏT

26 Oktyabr 2022 | 11:08 | Müəllif: Qalib İbrahimoğlu

DİN-dən jurnalistlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi sosial media istifadəçiləri və jurnalistlərə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial media istifadəçiləri və jurnalistlərə müraciət edərək, azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağa çağırıb: "Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir".

Müraciətdə bildirilib ki, hər bir fakt üzrə DİN tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir.

"Hansısa sual varsa, bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur", - deyə Elşad Hacıyev qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026