“28 illik işğal dövründə tamamilə dağıdılan Şuşa şəhəri unikal releyfə malik olduğundan və bərpası külli miqdarda vəsait tələb etdiyindən, onun yalnız dövlət vəsaiti hesabına bərpası effektiv deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Döndükdə gəlirimiz olsun” mövzusunda keçirdiyi tədbirdə iqtisad elmləri doktoru İnqilab Əhmədov bildirib.
Onun sözlərinə görə, Şuşa şəhərini sadəcə bərpa etmək lazım deyil, dünya üçün tanınan, cəlbedici və unikal etmək lazımdır.
“Dünyada açıq səma altında canlandırılan tarixi yerlər dövlət-özəl tərəfdaşlığı modeli əsasında qorunub inkişaf etdirilib”, - deyə ekspert bildirib.
Ramid İbrahimov
















