• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən matça azarkeşlərin daxil olmasına REAKSİYA

İDMAN

08 Sentyabr 2021 | 18:13 | Müəllif: Subhan Mahmudov

DİN-dən matça azarkeşlərin daxil olmasına REAKSİYA

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev report-a bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş başa çatdıqdan sonra həmin 4 nəfər azarkeş meydandan kənarlaşdırılıb.

“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirib.

Qeyd edək ki, sentyabrın 7-də oynanılan Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026