• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən "Qarabağ"ın futbolçusunun saxlanılması barədə açıqlama - YENİLƏNİB

CƏMİYYƏT

09 Oktyabr 2023 | 00:27 | Müəllif: Subhan Mahmudov

DİN-dən "Qarabağ"ın futbolçusunun saxlanılması barədə açıqlama - YENİLƏNİB

Futbolçu Elvin Cəfərquliyevin "Neftçi" - "Qarabağ" oyunundan sonra saxlanılması xəbəri yanlışdır.

Bakııvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

 

23:33

Premyer Liqanın 9-cu turunda "Neftçi" - "Qarabağ"la qarşılaşıb. Ağdamlılar əldə etdiyi 2:0 hesablı qələbənin ləzzətini tam yaşaya bilməyib.

Bakıvaxtı.azsportinfo.az-a istinadən xəbər verir ki, oyundan sonra komandanın futbolçusu Elvin Cəfərquliyev polis şöbəsinə aparılıb.

Klub rəsmiləri bundan xəbər tutan kimi 24-cü polis bölməsinə yollanıb.

Elvinin hansı səbəbfən saxlanılması barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026