• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ

GÜNDƏM

04 Sentyabr 2021 | 20:30 | Müəllif: Subhan Mahmudov

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, 7 ədəd patron, 1 ədəd patron darağı, 1 ədəd bıçaq və 2 ədəd fənər götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026