• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Medianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLAR

GÜNDƏM

04 Oktyabr 2021 | 13:28 | Müəllif: Subhan Mahmudov

Medianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLAR

Oktyabrın 4-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.


Medianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLARMedianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLARMedianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR