• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Diqqət: İyun ayında maqnit qasırğaları olacaq

DÜNYA

01 Iyun 2024 | 17:55 | Müəllif: Gülşən Şərif

Diqqət: İyun ayında maqnit qasırğaları olacaq

Alimlər bildirirlər ki, 2024-cü ilin yay ayları maqnit qasırğaları ilə müşayiət olunan Günəş aktivliyinin pik nöqtəsi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, alimlər iyun ayında bir sıra maqnit qasırğalarının olacağını, iyunun 16-17-də aktivliyin pik nöqtəyə çatacağını proqnozlaşdırırlar (G4). Bundan başqa, 1-2 iyun (G3), 8-12 iyun, 19-20 iyun, 23 iyun, 28-29 iyun tarixlərində daha az intensiv qasırğalar gözlənilir.

Bundan əlavə, Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, Yerin maqnitosferi iyunun 4-də və 7-də, həmçinin bu ayın ortalarında - iyunun 13-14-də sakit olacaq.

Həmçinin, 2024-cü ilin iyununda planetlərin paradını və Günəş aktivliyinin 11 illik dövrünün zirvəsini görəcəyik. Bu məlumat Günəş ləkələri məlumatları və Kosmik Hava Proqnozları Mərkəzinin proqnozları ilə təsdiqlənir. (trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026