• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Direktorun şagirdi döydüyü deyilən məktəblə bağlı araşdırma aparılır - DİN

HADİSƏ

06 Yanvar 2022 | 16:21

Direktorun şagirdi döydüyü deyilən məktəblə bağlı araşdırma aparılır - DİN

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Bakıvaxtı.az-ın mılumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Facebook"da bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026